Ötən gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Ali Neft məktəbində “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə media ilə yaxşı işləyən bir neçə mətbuat xidməti rəhbərləri Təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası ilə diplomla təltif olunublar.
Təltifçilər arasında təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da təltif olunanlar sırasındadır.
Qeyd edək ki, nazirliyin “Universitet saytları: Hörümçək torunda haradasınız?” mövzusundakı təqdimatında ali məktəblərin veb-resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinq iştirakçılara təqdim edilib və hər iki kateqoriya üzrə ilk yer Bakı Dövlət Universitetinin payına düşüb.
İLHAMƏ