23 Fevral 2023 19:58
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karaman valisi Tuncay Akkoyun zəlzələ bölgəsində, Kahramanmaraş şəhərində Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə vali Kahramanmaraşın Türkoğlu rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

T.Akkoyun göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Daha sonra çıxış edən E.Mirzəyev bildirib ki, sona qədər qardaş ölkənin yanında olacaqlarını bildirib:

"Həmişə olduğu kimi, yenə də Türkiyəyə dəstək olacağıq. Keçmiş olsun. Allah bir daha bu acı günləri Türkiyəyə yaşatmasın".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər