Elm və təhsilin inkişafı üçün İnvestisiya Fondu yaradılmalıdır.
Teleqraf,com xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, dövlət büdcəsindən bunun üçün 50 milyon manat ayrılmalıdır:
"Bu vəsaitin hansı formada xərclənəcəyi barədə mexanizmlər müəyyənləşdirilməlidir. Bundan sonra elm və təhsilin inkişafından danışmaq olar. Əgər elmin inkişafı üçün investisiya qoyulmursa, onun inkişafından da danışmaq olmaz".