16 Mart 2023 12:28
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycanın milli musiqisi və rəqslərinin ifası ilə başlayıb.

Daha sonra "Odlar yurdu" Azərbaycanı simvolizə edən elementlər nümayiş etdirilib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən dəvət olunan 21 spikerin çıxışı nəzərdə tutulub.

Tibbi Spa və uzunömürlülük üzrə sağlamlıq mərkəzlərinin inkişafı ilə məşğul olan "Possumus development" şirkətinin yardıcısı, zehni sağlamlıq üzrə mütəxəssis İlona Ansone salamlama nitqində bildirib ki, təbdirdə uzunömürlülüklə bağlı 10-a yaxın startapçılar iştirak edir.

Konqres boyunca spikerlər kişi və qadın uzunömürlülüyü, zehni-mənəvi uzunömürlülük və digər profilaktik, fərdiləşmiş təbabət haqqında məlumat və tövsiyələr verəcəklər.

Tədbir martın 17-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər