1 İyun 2023 17:43
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il ilə müqayisədə Azərbaycanda uşaqların sayı 10 min nəfər azalıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bunu son illər təbii artım faizinin müqayisəli azalması ilə əlaqələndirib: “Buna baxmayaraq Azərbaycan uşaqların sayına görə regionda seçilən dövlətlərdəndir. Hazırda ölkəmizdə 14 yaşınadək uşaqların sayı 2 milyon 250 min nəfərdir”.

O, sonda I və II Qarabağ müharibəsində həlak olmuş bütün uşaqların xatirəsini dərin ehtiramla yad edib, onların azad və təhlükəsiz şəraitdə yaşamalarını arzulayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər