12 İyun 2023 22:26
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə iyunun 11-17-də Zafira Əliyeva adına İrpin adına “Dilçi” Humanitar Liseyində təhsil alan ukraynalı məktəbliləri Azərbaycanda səfərdədirlər.

Teleqraf.com xəbər verir ki, səfər Elm və Təhsil Nazirliyi, "SOCAR Ukraine" şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Zafira Əliyeva adına İrpen “Dilçi” Humanitar Liseyinin 14-16 yaşlı 8 şagirdi liseyin direktoru və müəllimlərinin müşayiəti ilə Azərbaycana gəlib.

Azərbaycanın paytaxtında qalma proqramı çərçivəsində ukraynalı məktəblilər Bakının qədim hissəsi - İçərişəhərə ekskursiya ediblər.

Ukraynadan gələn tələbələr unikal və qədim məkan olan İçərişəhərin xüsusi aurasını hiss etdilər, onları özünəməxsus gözəlliyi və tarixi ilə heyran edən tarixi-memarlıq abidələri ilə tanış oldular.

Zafira Əliyeva adına İrpin “Dilçi” Humanitar Liseyinin şagirdi İvan Rudoy jurnalistlərə müsahibəsində Bakının onun üçün unikal şəhər olduğunu qeyd edib:

"İkinci gündür ki, Azərbaycanın paytaxtındayam. Səfər zamanı biz artıq bəzi qurumlarda, o cümlədən STEAM İnnovasiya Mərkəzində, olduq və mən hesab edirəm ki, belə mərkəzlər, bu cür texnologiyalar uşaq və yeniyetmələrin bacarıqlarının inkişafı üçün son dərəcə vacibdir. Şəhərin arxitekturasını da bəyənirəm, muzeylərə baş çəkmək istəyirəm, bilirəm ki, maraqlı ekspozisiyalar var. Düşünürəm ki, Bakı səfərimi ömrümün sonuna qədər xatırlayacağam".

Liseyin digər şagirdi Qloriya Prudkaya Azərbaycana səfərinin onun arzusu olduğunu vurğulayıb:

"Azərbaycan mənə yaxındır, mən sizin adət-ənənələriniz, mədəniyyətiniz, tarixinizlə maraqlanıram. Bakı şəhəri haqqında çoxlu məlumatlar oxuyuram, muzeylərə getməyə çox maraqlıyam. Ümid edirəm ki, qalan beş gün ərzində sərgi məkanlarına və digər maraqlı yerlərə baş çəkə və özüm üçün Azərbaycan haqqında çox şey öyrənə biləcəyəm. Məni ən çox insanlar heyran etdi, onlar çox mehribandırlar. Azərbaycana gəlmək üçün yaradılan şəraita görə səfərimizin təşkilatçılarına təşəkkür edirəm".

Aleksandra Şevçuk əlavə edib ki, səfər əla gedir və gözəl təəssürat yaradır:

"Azərbaycanın paytaxtı öz gözəlliyi ilə diqqəti cəlb edir. Bizim üçün şəhərdə gəzintilər həyata keçirilir, gəzməli yerlər, yaddaqalan yerlər, təhsil müəssisələri ilə tanış edirlər. Bakıda çox mehriban, qeydkeş insanlar yaşayır. Şəhərin ab-havası səmimidir, havası yaxşıdır. Bakıya səfər etməyi çox istəyirdim və arzumun gerçəkləşməsinə şadam. Səfər yaxşı təşkil olunmuşdu, bütün detallar nəzərə alınmışdı, proqram maraqlı idi"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər