15 İyun 2023 16:53
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına dörd yeni yoluxma faktı qeydə alınıb, dörd nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 888 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 593 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 14 nəfərdir.

Ölkədə son sutka ərzində 922, hazırkı dövrədək isə 7 635 681 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər