24 İyun 2023 13:48
5 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibsiz avtomobillər utilizasiyaya veriləcək

Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik layihəsi lll oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar aşağıdakı nəqliyyat vasitələrini utilizasiyaya verə biləcək:
- Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;
- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq lll oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər