SOCAR “Azəriqaz” İB rəhbərliyinin Xırdalan şəhərində vətəndaş qəbulu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, 7 avqust saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Abşeron və Zəngilan sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz İstismarı Departamentinə (tel: 050 845 88 61; 050 845 85 31) müraciət edə bilərlər.