13 Yanvar 2015 17:09
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Teleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, yanvarın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl'' və “Mehdiabad'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir SES'' qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Şəmkir rayonun Kür SES qəsəbəsi, Mahmudlu, Qapanlı, Yuxarı keçili, Aşağı keçili, Yuxarı bitli, Aşağı bitli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Yasamal və Abşeron rayonunun Mehdiabad qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Müəllif: