Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistana rəsmi səfərə gedib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.