30 Oktyabr 2023 10:37
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələr və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi güclənir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, həmçinin dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir.

Səbinə Əliyeva bildirib ki, bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət alıb: "İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı aşağılayıcı, təhqiramiz, açıq şəkildə nifrəti təbliğ edən ifadələr səsləndirilib. Hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər