2 Dekabr 2023 12:51
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2022-2023-cü ilin statistikasına əsasən, müəyyən azalma müşahidə edildilsə də zorakılıq və narkomaniya halları hələ də qalır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Kənan Zeynalov “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə deyib.

Kənan Zeynalov qeyd edib ki, narkomaniya və zorakılıq təkcə bir ailənin deyil, bütün cəmiyyətin problemidir:

"Bu problemlərlə mübarizə aparmaq üçün müəyyən proqramları tərtib etmək və birgə fəaliyyət göstərmək lazımdır. Mübarizə üçün mental sağlamlığı gücləndirmək vacibdir. Bu mübarizəyə bütün təşkilatların və fərdlərin qoşulması yaxşı olar. Cəmiyyətimizi daha təhlükəsiz vəziyyətə gətirmək üçün çalışmalıyıq. Bu fəaliyyətdə vətəndaş-dövlət həmrəyliyini də qorumaq zərurətin var.

Baş Prokuroqluq bu mübarizədə əhəmiyyətli rola malikdir. Hər bir həssas şəxsdən xahiş edilir ki, belə bir halla qarşılaşdıqda dövlət qurumlarıma məlumat çatdırılsın. Hər bir şəxsin sosial şəbəkə hesabı, hər bir qurumun da sosial şəbəkə səhifəsi var. Heç bir ağır prosedurdan keçmədən vətəndaşları narahat edən məsələləri aidiyyəti qurumlara çatdıra bilərlər”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər