5 Dekabr 2023 12:19
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub.

Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir:

"Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər