Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.
Metropolitendən Teleqraf.com-a bildirilib ki, qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.
"Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir.