9 Dekabr 2023 14:37
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Bu barədə Teleqraf.com-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda​ müşahidə olunan yağışlı,​ dumanlı hava şəraiti​ yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

"Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün​ digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxsus səfərə çıxan​ sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com