Fərdi yaşayış evinin qazlaşdırılması, bəzi hallarda qazın təzyiqinin zəif olması və fərdi qaz tənzimləyicinin yenisi ilə əvəz olunması kimi məsələlərlə bağlı müraciətlər İmişli rayonunda keçirilən aksiyada ünvanlanıb.
Teleqraf.com xəbər verir ki, rayonun Aranlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 9 sakin qaz təchizatında üzləşdiyi problemləri səsləndirib.
Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib.