14 Fevral 16:25
39 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəbdə hamı şokdadır, deməyə söz tapmırıq. Belə hadisələri Amerikanın detektiv kinolarında görmüşdük, indi tanıdığımız insanın başına gəldi, çaşıb qalmışıq. İki il yarım idi Pikə xanım 59 saylı məktəbdə direktor kimi çalışırdı, bir dəfə də böyük oğlunun adını çəkməmişdi.

Bu barədə Teleqraf.com-a məktəbdən bildirilib.

"Pikə xanım, həyatsevər idi, son günlər heç qayğılı da görünmürdü. Prezident seçkilərində dörd məntəqə bizim məktəbdə idi, fəal iştirak etdik, qiymətləndirildi.

Bu hadisədən sonra özümüzə gələ bilmirik. Dünən Pikə xanımın başqa işi vardı, getmişdi, sonra qayıdıb bizim məktəbin üçüncü sinif şagirdi olan oğlu Məhəmmədi də götürüb evə getdi. Məktəbə evlərindən heç bir zəng gəlməmişdi, bəlkə də şəxsi telefonuna zəng olmuşdu".

Əhməd Əhmədovun Pikə Əhmədovanın doğma övladı olmaması barədə iddialara gəlincə, qeyd edilib ki, bu, yanlış məlumatlardır: "Pikə xanımın üç övladı vardı, bir dəfə ailə qurmuşdu. O qədər həyat dolu qadın idi! Kollektivdə onu danışırıq ki, bu qədər kədəri olub, ətrafa bildirməyib. O qədər problemi necə gizlədə bilib, heç kim başa düşməyib. Deyib-gülən qadın idi. Heç ölməli xanım deyildi..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər