21 Fevral 15:32
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, məlumatı onun vəkili Ələkbər Qarayev təsdiq edib.

"Ermənistan dövləti əlavə vəsatətlərlə çıxış etmişdi. Ancaq Rusiya dövləti məsələyə humanist yanaşdı və Azərbaycan dövlətinin təkidi ilə Kamil Zeynallı azad edildi. Hər kəsə təşəkkür edirəm, xüsusilə Rusiyadakı səfirimiz Polad Bülbüloğluna minnətdaram. Çox böyük iş gördü", - vəkil bildirib.

O qeyd edib ki, Kamil bu gün Bakıya qayıdacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər