Gürcüstanın ikinci ən böyük şəhəri olan Rustavidə Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb.
Teleqraf.com xəbər verir ki, mərkəzdə ödənişsiz dil kursları təşkil olunacaq.
Mərkəzin rəhbəri Raida Dərziyeva belə bir mərkəzin açılmasını mühüm hadisə adlandırıb:
“Gürcüstanın müxtəlifliyi bir dəyərdir və bu dəyər qorunub saxlanılmalıdır. Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın”.
Raida Dərziyevanən sözlərinə görə, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların gürcü ictimaiyyətinə inteqrasiyasına böyük diqqət göstərir.
Mərkəzdə 165 şagird səviyyə və yaşlarına uyğun olaraq 10 qrupda Azərbaycan, gürcü və ingilis dilləri üzrə təhsil alacaq.