19 Aprel 09:59
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.

Onun meyiti eyvanda asılı halda aşkar edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakı Dövlət Universitetinin (BDU) Ramil Nəsirovun vəfatı ilə bağlı yaydığı məlumatd bildirilir: “2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.


Müəllif: Teleqraf.com