31 Yanvar 2015 12:21
8 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə İnformasiya Hüququ Dərnəyi internetin uşaqlar üçün nə qədər təhlükəli olduğunu araşdırmaq məqsədilə 11 yaşında bir qız uşağı profili yaradaraq "çat"lara daxil olub.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, həmin ünvana gələn 120 mesajdan 65-i intim xarakterli olub. Hətta bəzi istifadəçilər bəkarət üçün pul belə təklif edib.

İnformasiya Hüququ Dərnəyinin internetdəki "söhbət otaqları"nda apardığı təcrübə qorxunc bir gerçəyi ortaya çıxarıb. 11 yaşlı "Merve_11" adlı istifadəçi qarşı tərəfə intim məzmunla heç bir mesaj yazmadığı halda ona yazanların çoxu intim münasibət təklif ediblər. Yalnız 10 nəfər uşağı xəbərdar edərək "söhbət otaqları"na daxil olmasının doğru olmadığını yazıb və oradan uzaqlaşmağı məsləhət görüb.

"Merve_11"ə yazanlar 18-55 yaşlı kişilər olub. Hətta 50-55 yaşlı kişilər belə uşağa cinsi əlaqə təklif ediblər.

Nihad


Müəllif:

Oxşar xəbərlər