9 İyun 23:35
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mətbəxində və ənənəvi tibbdə geniş istifadə edilən məşhur ədviyyat - sarıkökə rəng verən kurkuminin bir çox faydası var.

Bir çox ölkələrdə çay, ədviyyat kimi istifadə edilən kurkumin saysız xəstəliklərə dərmandır. Tədqiqatlar göstərir ki, kurkumin həm immun artıran xüsusiyyətlərə malikdir, həm də beyin funksiyası üçün faydalıdır.

Teleqraf.com kurkuminin faydalı təsirlərini oxucularına təqdim edir.

1. Ürək-damar sisteminə təsiri

Kurkumin qan damarlarının daxili səthini əhatə edən endotelin funksiyasını yaxşılaşdırmağa kömək edir. Bununla da qan təzyiqini tənzimləyir və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

2. Xərçəng riskini azaldır

Araşdırmalar göstərir ki, kurkumin xərçəng hüceyrələrinin böyüməsinə mane olur. Kurkumin həmçinin ənənəvi kimyaterapiyanın təsirlərini gücləndirə və yan təsirlərini azalda bilər.

3. Beynin funksiyalarını yaxşılaşdırır

Kurkumin koqnitiv funksiyanı yaxşılaşdıra və beyni neyrodegenerativ xəstəliklərdən qoruya bilər. Tədqiqatlar göstərir ki, kurkumin yaddaşın yaxşılaşdırılmasına kömək edir, bununla da alzheimer kimi xəstəliklərin riskini azaldır.

4. Depressiyanın qarşısını alır
Kurkuminin sinir uclarını stimullaşdırdığı və streslə mübarizə apardığı da bildirilir. Depressiya əlamətləri olan insanlara kurkumini qəbul etmək məsləhət görülür.

5. Qaraciyər sağlamlığını qoruyur
Bu yaxınlarda aparılan bir araşdırma göstərib ki, kurkumin qaraciyərin sağlamlığını yaxşılaşdırır, onun piylənməsinin qarşısını alır.

Sadaladıqlarımızdan əlavə kurkumin yuxu rejimini tənzimləyir, metobalizmanı tezləşdirir, immuniteti artırır. Bu xüsusiyyətləri onu sağlamlığın qorunması və müxtəlif xəstəliklərin qarşısının alınması üçün qiymətli vasitəyə çevirir.


Müəllif: Arzu

Oxşar xəbərlər