19 İyun 10:54
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiqdir.

Teleqraf.com xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimində deyib.

Muxtar Babayev qeyd edib ki, COP29 Sədrliyi olaraq bütün fikirləri eşitmək, iqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləmək vacibdir.

Nazir, həmçinin bildirib: “Ötən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. Bu görüşlər ambisiyaları artırmaq və hərəkətə keçmək üçün yeni fürsətlər yaradıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər