27 İyul 14:21
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay fəslinin gəlişi ilə infeksiyalar özünü göstərməyə başlayıb. Mütəxəssislər xüsusilə uşaqlar arasında yayıla biləcək əl, ayaq və ağız xəstəliklərinə, əsasən də, hovuzlarda yarana biləcək epidemiyalara qarşı valideynlərə xəbərdarlıq edir.

Teleqraf.com xəbər verir ki, doktor Manolya Karanın fikrincə, bu cür xəstəliklərdən gigiyena qaydalarına riayət etməklə qorunmaq mümkündür.

Uşaq yoluxucu xəstəlikləri mütəxəssisi Manolya Kara yay aylarında ümumi istifadə üçün nəzərdə tutulmuş uşaq hovuzlarında yarana biləcək xəstəliklərdən söz açıb. Xüsusilə, azyaşlı uşaqlarda rast gəlinən bu xəstəliklər ağızda, əl və ayaq nahiyələrində səpkilərə səbəb olur: "Amma yuxarı yaşlı uşaqlar və hətta böyüklər də bu virusa yoluxa bilər. Bu xəstəlikdən qorunmaq üçün onun əlamətlərini əvvəlcədən bilmək çox vacibdir"

Manolya Kara bildirib ki, bu cür xəstəliklərdən əziyyət çəkən insanlarla təmas yoluxma riski daha çoxalır: “Belə xəstəliklər yoluxmuş şəxsin öskürməsi və asqırması ilə havada yaranan virusları tənəffüs etməklə də yoluxmaq olar. Xüsusən, uşaqlar üçün ümumi oyun zalları və oyuncaqların təmizlənməsi son dərəcə önəmlidir".

Əlamətlərin adətən virusa yoluxduqdan sonra 3-7 gün ərzində ortaya çıxdığını söyləyən doktor Kara xəstəliyin əlamətlərini belə sıralayıb: "Yüngül və ya orta dərəcədə qızdırma, boğaz ağrıları, baş və əzələ ağrıları, halsızlıq, qusma, qarın ağrısı və ya ishal xəstəliyin əlamətləri arasındadır".

Xəstəlikdən qorunmaq və yayılmasının qarşısını almaq üçün ən əhəmiyyətli yolun əl gigiyenasına riayət etməkdir. Manolya Kara qoruma üsulları haqqında aşağıdakı məlumatları verib:

Əllərin tez-tez və düzgün yuyulması xəstəliyin yayılmasının qarşısını almağın ən təsirli yollarından biridir.

Əllər xüsusilə yeməkdən əvvəl, tualetdən istifadə etdikdən sonra və xəstə insanla təmasdan sonra yuyulmalıdır.

Öskürərkən və ya asqırarkən ağız və burnu salfet ilə təmizləmək və ya dirsəklə örtmək virusun yayılmasının qarşısını alır.

İstifadə olunmuş salfetlər dərhal atılmalıdır.

Dəsmal, eynək, bıçaq və oyuncaqlar kimi şəxsi əşyalar paylaşılmamalı, virusla çirklənmiş səthlər mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.

İmmunitet sistemini güclü saxlamaq infeksiya riskini azalda biləcəyi üçün düzgün qidalanma vacibdir.

Mələksəda Zeynallı
İradə Tağızadə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər