Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə 2024-cü ilin iyul ayının 4-dən 17-dək elan edilən müsabiqə çərçivəsində daxil olmuş 450-dən artıq loqo təklifi müvafiq qaydada dəyərləndirilib.
Qarabağ Universitetin mətbuat katibi Aytən Quliyeva Teleqraf.com-a açıqlamasında 5 loqo təklifini ictimaiyyətin müzakirəsinə təqdim edildiyini vurğulayıb.
“Peşəkar mütəxəssislərdən ibarət İşçi Qrupu daxil olacaq rəylər əsasında 5 təklifdən birini qalib elan edəcək. Rəylərinizi böyük məmnuniyyətlə, 5 avqust 2024-cü il tarixinədək gözləyirik”,- deyə o bildirilib.