10 Avqust 15:11
5 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağlam ömür sürmək üçün iştahla çəki arasındakı əlaqəni gözləmək çox vacibdir. Xüsusilə yay aylarının gəlişi ilə artıq çəkidən şikayət edənlər mütləq pəhriz saxlayırlar. Bəs iştahı idarə etməklə sağlam çəkidə qalmaq mümkündürmü?

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin fikrincə, həm toxluq hissi yaradan, həm də şəkər istəyini azaldan qidalar mövcuddur.

Şirin qida istəyini tamamilə yox edən darçından bir çox formada istifadə etmək olar. Dilimlənmiş bananın üzərinə toz darçın tökmək və ya içdiyiniz suya darçın çubuğu əlavə eləmək bu seçimlərdən yalnız bir neçəsidir.

Nanə həm dadı, həm də qoxusu ilə iştahı kəsən qidalardandır. Bu ədviyyatı yeməklərinizə əlavə edə və ya çay kimi dəmləyib içə bilərsiniz. Araşdırmalar göstərir ki, nanə qoxusu da iştahı yatırmaqda təsirlidir.

Şorbalar tərkibindəki un və yağ səbəbiylə pəhrizlərdə qaçılan qidalar sayılsa da, uzun müddət tox qalmağınıza kömək edir. Yeməyə başlamazdan əvvəl şorba içsəniz, özünüzüü daha sürətlə tox hiss edəcəksiz.

Özündə yüksək miqdarda lif ehtiva edən yaşıl salat pəhriz süfrəsində mütləq yerini tutmalıdır.

Son illər populyarlaşan və süfrələrə sanbal verən avokado zəngin və sağlam yağ mənbəyidir.

Həm yüksək lif, həm də zülal qaynağı olan mərcimək əsas yeməklərdə üstünlük verilən paxlalı bitkilərdəndir.

Lif və zülal dedikdə ağıla gələn digər qida yulaf əzməsidir. Yulaf əzməsi qana yavaş-yavaş qarışan sağlam karbohidratları ehtiva etdiyi üçün qan şəkərinizi asta-asta yüksəldir. Beləliklə, özünüzü enerjili hiss edə və gün boyu tox qala bilərsiniz.

3 xörək qaşığı lobya yemək sizi saatlarla tox saxlayacaq. Tərkibindəki karbohidratlar sayəsində uzun müddət ərzində toxluq hissini təmin edən lobyanın tərkibuində bol protein də var.

Yüksək lif tərkibi sayəsində toxluq hissi verən alma sevə biləcəyiniz seçimlərdən ola bilər. Xüsusilə yaşıl alma seçsəniz, həm maddələr mübadiləsini sürətləndirər, həm də yağların yandırılmasını asanlaşdırar.

Qoz-fındıq da zəngin yağ qaynağıdır. Onu çiy və bir ovucdan çox olmayan miqdarda yeməyiniz məsləhətdir.

Az yağlı pendirlər zəngin zülal qaynağı olduğundan tox qalmağınıza kömək edir. Həm səhərlər, həm də qəlyanaltılarda rahatlıqla seçə biləcərsiniz.

Toxluq hissi yaradan ayran, eyni zamanda, qarın nahiyəsindəki piylərlə də mübarizə aparır. Arıqlamaq istəyənlərin mütəmadi istehlak etməsi lazımdır.

Qızılbalıq və skumbriya kimi yağlı balıqlar yüksək omeqa-3 tərkibi ilə maddələr mübadiləsini sürətləndirir, yağların yandırılmasını asanlaşdırır. Həftəlik yeməklərinizə yağlı balıqların daxil edilməsi maddələr mübadiləsini daimi sürətləndirəcək və uzun müddət toxluq hissi yaradacaq.

Yüksək zülal qaynağı olan qırmızı ət, süd və süd məhsulları ilə eyni təsirə malikdir.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər