5 Avqust 13:17
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda əkiz qardaşlar ali təhsil müəssisələrinə qəbul imtahanından təqribən eyni balı toplayaraq yüksək nəticə göstəriblər.

Teleqraf.com xəbər verir ki, Tahir və Toğruz Qənizadə qardaşlarının imtahan nəticələri arasında 1 bal fərq olub. Belə ki, Tahir Qənizadə 657.1, Toğrul Qənizadə isə 656.1 bal toplayıb.

Əkiz qardaşlar Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın fərqlənmə attestatlı məzunlarıdır.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında qardaşlarla bağlı paylaşım edərək onların BANM-in Kompüter elmləri ixtisasını seçdiklərini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər