13 Avqust 14:48
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölüm ayağında olan xəstənin beyin fəaliyyəti ətraflı şəkildə araşdırılıb.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın Bangor Universitetinin professoru ölümdən sonra məlumataların beyində nə müddətə qaldığını araşdırıb.

İndiyi qədərki araşdırmalar ürək dayandıqdan 6 dəqiqə sonra beyinin də dayandığını iddia edirdi. Lakin alim Culiyam Zerriyə görə, insanlarda bu müddət daha uzun çəkə bilər. Bu yaxınlarda aparılan təcrübədə alimlər 87 yaşlı epilepsiya xəstəsini müayinə etmək üçün elektroensefaloqrafiya (EEQ) cihazından istifadə ediblər.

Xəstə infarktdan dünyasını dəyişib. Bu alimlərin ölən insanın beyin fəaliyyətini qeydə almağa imkan verib. Təcrübə nəticəsində beyinin ölüm prosesi zamanı 15 dəqiqə aktiv olaraq qaldığı öyrənilib.

Zerri bu mövzuda ekstremal vəziyyətlərlə qarşılaşan insanların 6, 7, 8 və hətta 10 dəqiqədən sonra həyata qayıda biləcəyini, buna görə nəzəri olaraq beynin bağlanmasının saatlarla çəkə biləcəyini ifadə edib.

Ölən xəstənin beyin fəaliyyəti də qeydə alınıb. Tədqiqatçılar beyində aktivləşən dalğaların film fraqmentinə işarə etdiyini bildiriblər.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər