Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "meymun çiçəyi" virusunun yayılmasını fövqəladə vəziyyət adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus açıqlama verib.
“Fövqəladə İdarəetmə Komitəsindən mənə bildirilidi ki, baş verənlər bu, ictimai səhiyyə sahəsində fövqəladə haldır və bu, beynəlxalq narahatlıq doğurur”, – Qebreyesus bildirib.
O, aydınlaşdırıb ki, 2024-cü ildə qeydə alınan xəstəliyə yoluxma hallarının sayı ötən ilin göstəricilərindən iki dəfə çox olub və 14 min hadisəyə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada 77 264 təsdiqlənmiş "meymun çiçəyi" virusuna yoluxma hadisəsi, 36 ölüm halı və 109 ölkədə təsdiqlənmiş hal var.