21 Oktyabr 16:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu barəd Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər