Konqo Demokratik Respublikasında məhkəmə 37 nəfəri edam cəzasına məhkum edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, edama məhkum olunan şəxslər may ayında ölkədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham edilib.
Məlumatda edam cəzasına məhkum edilmiş 37 nəfərdən ikisinin ABŞ vətəndaşı olduğu bildirilir. Həmçinin bu iş üzrə 13 nəfərin bəraət aldığı bildirilir.