18 Sentyabr 17:27
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər il sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günündə ölkəmizdə Milli Musiqi Günü qeyd edilir. Bu il də əvvəlkilər kimi silsilə tədbirlər təşkil olunub".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, Üzeyir Hacıbəyli ev muzeyinin direktoru, professor Sərdar Fərəcov deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib: "Daha sonra Azərbaycan Milli Konservatoriyasında konsert proqramı baş tutdu. Üzeyir Hacıbəylinin ev muzeyində tədbir təşkil etdik. Axşam isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert olacaq, Üzeyir Hacıbəylinin əsərləri ifa olunacaq”.

“Son dövlər əvvəlki illərlə müqayisədə Milli Musiqi Gününün daha zəif qeyd edilməsi ilə bağlı iddialar barədə nə deyə bilərsiniz” sualına Sərdar Fərəcov belə cavab verib: “Üzeyir Hacıbəyliyə münasibət heç vaxt dəyişmir. Sadəcə son vaxtlar ölkəmizdə başqa tədbirlər də təşkil edilir. Amma deməzdim ki, dəyişklik var. Üzeyir Hacıbəyli ilə bağlı tədbirlər təşkil edilir, biz də orada iştirak edirik. Xalq Üzeyir Hacıbəylini çox sevir və onun ruhuna ehtiram daim davam edəcək”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər