Bu gün Laçın şəhərində Vətən Müharibəsinin dördüncü ildönümü qeyd edilib.
Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi və “Laçın Abadlıq Xidməti” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən Anım Günü tədbirinə şəhid ailələri, qazilər, hərbçilər və yerli sakinlər qatılıblar.
İştirakçılar Qarıkaha kəndində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. “LaCinema” kinoteatrında davam etdirilən tədbirdə himnimiz səsləndirilib və şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşı Nəsimi Məmmədov, Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Güləliyeva çıxış ediblər.
Daha sonra 44 günlük Vətən Müharibəsinin gerçəklərini əks etdirən sənədli film nümayiş olunub. Sonda isə iştirakçılara “Simurq” kitabxanasının fondundan bədii ədəbiyyat nümunələri hədiyyə olunub
Allah şəhidlərimizə rəhmət etsin!