20 Oktyabr 18:18
308
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dinc birgəyaşayış təşəbbüsləri: Hüquqlar, təcrübə - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə çərçivəsində “Qürur dolu Qayıdış” adlı sənədli film hazırlayıb.

Teleqraf.com xəbər verir ki, 19 oktyabr 2024-cü ildə Türk Ağsaqqalları İctimai Birliyinin akt zalında filmin təqdimat mərasimi keçirilib.

Təqdimatda dövlət qurumlarının təmsilçiləri, tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər iştirak edib.

QHT-nin icraçı direkrotu, layihənin rəhbəri Elşad Məmmədli layihə çərçivəsində görülən işlərdən, filmin necə ərsəyə gəlməsindən danışıb. Sonra filmə ilkin baxış keçirilib və onunla bağlı ictimai müzakirələr aparılıb.

Çıxışçılar – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi Orxan Aslanlı, AYB-nin katibi Elçin Hüseynbəyli, Missiya TV-nin rəhbəri Nicat Dağlar, rejissorlar Rasim İsmayılov, Gülnar Hacıyeva, publisist Anar Vəziroğlu, QHT rəhbərləri Aynur Zülfüqarova, Elməddin Behbud, Emin Tarverdiyev çıxış edərək fikirlərini bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər