Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə edilən “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, qanunun doqquzuncu maddəsinə xüsusi hissə əlavə olunur.
Həmin hissədə qeyd edilib ki, mülki silahı əldə etmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, onlar vətəndaşdan tələb olunmur.