01:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.

Teleqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, evində dünyasını dəyişib.

Məlumatı onun sənət yoldaşları saytımıza təsdiq ediblər.

Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi. Xəyyam Əhmədli Azərbaycan ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər