Anqolanın qərbindəki Benguela əyaləti ABŞ prezidenti Co Baydenin səfəri zamanı bir sıra bələdiyyələrdə dəfn mərasimlərini qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Novo Jornal” nəşri məlumat yayıb.
"Benguelada dəfn mərasimləri təxirə salınacaq, bir neçə yol bağlanacaq və küçə ticarəti qadağan ediləcək" - nəşrin yaydığı məlumatda bildirilib.
Katumbela və Luonqo bələdiyyələrində dekabrın 4-də keçirilməsi planlaşdırılan dəfn mərasiminin dekabrın 5-nə təxirə salınacağı qeyd edilib.
Qeyd edək ki, dekabrın 2-də Baydenin Anqolaya iki günlük səfərə başlayıb. Bu Ağ Evin rəhbəri kimi Baydenin son xarici səfərlərindən biridir. Dekabrın 4-də Amerika prezidenti Anqola ərazisini Konqo Demokratik Respublikası və Zambiyanın mədən rayonları ilə birləşdirən Benguela əyalətindəki dəmir yoluna getməyi planlaşdırır .