3 Dekabr 12:23
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı televiziya aparıcısı Dianna Pançenko Almaniya Kansleri Olaf Şoltsu Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı müraciətindən sonra yalançılıqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

“Siz Ukrayna xalqını dəstəkləmirsiniz, yalnız şəxsi olaraq diktator Volodimir Zelenskinin özünü dəstəkləyirsiniz. İnsanlar isə ona nifrət edirlər”, - deyə aparıcı bildirib.

Jurnalistin fikrincə, Zelenski hakimiyyətdə nə qədər uzun qalsa, Ukrayna bir o qədər kiçiləcək.

Kansler Kiyevə səfərində Almaniyanın Ukrayna xalqını onun istədiyi qədər dəstəkləyəcəyini açıqlamışdı.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər