3 Dekabr 12:12
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlinin Kiyevə hərbi, iqtisadi və siyasi dəstəyi zəifləməyəcək. Rusiya-Ukrayna münaqişəsi başa çatana qədər bu dəstək davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya Kansleri Olaf Şolts Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra deyib.

“Kiyevdən Putinə mesajım budur: bu münaqişədə uzun müddət qalacağıq. Ukraynaya dəstəyimiz zəifləməyəcək. Ukrayna xalqının yanında olacağıq - nə qədər lazımdırsa, o qədər”, - kansler belə söyləyib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər