Novxanıdq dağıntılar altından çıxarılan 2 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik Mir Fuad Mahmudov deyib.
"112 Zəng mərkəzinə Sumqayıt şəhəri, Novxanı bağlar massivində partlayış hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin, o cümlədən Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində təhlükəsiz tədbirləri görülüb, ilkin kəşfiyyat zamanı məlum olub ki, dağıntılar altında iki nəfər vətəndaş qalıb. Dərhal xilasetmə işləri əməliyyatlarına başlanılmış iki nəfər sağ olaraq xilas edilib aidiyyəti üzrə təcili tibbi yardım heyətinə təhvil verilib və xəstəxanaya evakuasiya olunub.
Hazırda xəstəxanadan verilən məlumata görə, vəziyyətləri orta-ağır dəyərləndirilir".