3 Dekabr 19:43
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda etiraz aksiyaları bərpa olunub.

Teleqraf.com xəbər verir ki, paytaxt Tbilisi ilə yanaşı iri şəhərlər və bölgələrdə də aksiyalar keçirilir.

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etirazçılar toplaşmağa başlayıb. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, xüsusi texnika yerləşdirilib.

Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Gürcüstanın Konstitusiya Məhkəməsinin yerləşdiyi Batumi şəhərində etirazçılar yürüş keçirir.

Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsi bu gün prezident Salome Zurabişvili və müxalifətin 30 nümayəndəsinin parlament seçkiləri ilə bağlı iddiasını qəbul etməyib. İddiada oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun nəticələrinin konstitusiyaya zidd hesab edilməsi tələb olunmuşdu.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər