Cənubi Koreyada “Toburo” Demokratik Partiyası sədri Li Çje Myunq prezident Yoon Seok-yeolun hərbi vəziyyət elan etməsinə görə deputatları təcili toplaşmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, deputatlara hərbi vəziyyətin ləğvi prosesinin müzakirəsi və təşəbbüsü ilə bağlı iclasların keçirilməsi tapşırılıb.
Bir müddət öncə "Yonhap" agentiliyinin verdiyi məlumata görə, hazırda Koreya Respublikası Milli Assambleyasına giriş və çıxış bloklanıb.
Cənubi Koreyanın hakim Vətəndaş Gücü partiyasının lideri Han Donq Huk ölkədə hərbi vəziyyətin tətbiqini səhv hesab edib.
Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Buna səbəb kimi Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq göstərilib.