3 Dekabr 17:46
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Kuraxiv şəhəri ərazisində mühüm strateji mövqelər tutaraq irəliləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Aydar” batalyonunun komandiri Stanislav Bunyatov məlumat verib.

Onun sözlərinə görə, son günlər ruslar bölgədə hakim mövqelərin əksəriyyətinə nəzarəti ələ keçirə biliblər:

“İşğalçılar Kuraxivin mərkəzinə doğru irəliləyirlər, əksər hakim mövqeləri tutublar. Təəssüf ki, Kuraxivin tam işğalı zaman məsələsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər