Bolqarıstan Ukraynaya yeni silah, texnika və sursat paketi ilə kömək edəcək.
Teleqraf.com "Bolqarıstan Milli Radiosu"na istinadən xəbər verir ki, bu barədə hökümət rəsmiləri məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, Kiyevə hərbi yardımın əlavə siyahısı Bolqarıstanın texniki hökumətinin son iclasının protokolunda qeyd edilib, lakin tədarükün dəqiq məzmunu məxfiləşdirilib.
Hazırda bu, Bolqarıstan tərəfdən Ukrayna Silahlı Qüvvələrinə yeddinci əlavə hərbi yardımdır.