3 Dekabr 12:48
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-un törədicisi (SARS-CoV-2) Çinin Uxan şəhərindəki laboratoriyada yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin hesabatında deyilir.

“Bütün elmi meyarlara görə virusun təbii mənşəyinə dair sübutlar mövcud olsaydı, bizə məlum olardı”, - deyə sənəddə qeyd edilir.

Hesabatda, həmçinin vurğulanır ki, Uxanda qeyri-adi pnevmoniya ilə mübarizə aparan Çinin ən iri tədqiqat laboratoriyası yerləşir.

Laboratoriya biotəhlükəsizlik səviyyəsi aşağı olduqda, tədqiqatların effektivliyini artırmaq təcrübəsinə malikdir. Burada çalışan tədqiqatçılar 2019-cu ilin payızında SARS-CoV-2-yə bənzər bir virusa yoluxublar.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər