3 Dekabr 17:08
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton və Əbu-Dabi Suriya Prezidenti Bəşər Əsədə İrandan uzaqlaşması və “Hizbullah” terror təşkilatına ölkə üzərindən silah tədarükünü dayandırması müqabilində ona qarşı sanksiyaların ləğvini təklif edib.

Teleqraf.com xəbər evrir ki, bu barədə “Reuters” danışıqlarla tanış olan beş mənbəyə istinadla bildirib.

Danışıqlar müxalif qüvvələrin noyabrın 27-də Hələb vilayətinə hücumlarından əvvəl başlayıb.

Agentliyin mənbələri deyiblər ki, müxaliflərin son hücumları Əsədin İranla müttəfiqliyinin zəiflədiyini göstərir, ABŞ və BƏƏ bundan istifadə etməyə çalışır: “Əsəd əks-hücum üçün İrandan kömək istəməyə qərar verərsə, bu, onları aralamaq üçün səyləri çətinləşdirə bilər”.

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan artıq suriyalı həmkarı ilə baş verənləri müzakirə edib.

ABŞ-ın Suriyaya qarşı sanksiyalarının müddəti dekabrın 20-də başa çatacaq. Müddətin uzadılıb-uzadılmayacağı məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər