Cənubi Koreyanın “Xalq Gücü” partiyasından seçilən prezidenti Yun Seok-yeol Demokratik Partiyanın təmsil etdiyi müxalifəti KXDR-lə əməkdaşlıq etməkdə, dövlət əleyhinə fəaliyyət göstərməkdə və qiyam hazırlamaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, ölkə büdcəsi ilə bağlı tərəflər arasında razılıq yoxdur. Demokrat Partiyası parlamentin büdcə komitəsində onun azaldılması ilə bağlı qanun layihəsini irəli sürməyi bacarıb. Bundan əlavə, müxalifət dövlət auditorunun və ölkənin baş prokurorunun istefasını tələb edib.
Buna cavab olaraq prezident Yoon Seok-yeol hərbi vəziyyət elan edib.