Cənubi Koreyada hərbi vəziyyətin tətbiqinə etiraz edən insanlar polisin blokladığı parlamentin girişinə toplaşıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli "YTN" telekanalı məlumat yayıb.
Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Buna səbəb kimi Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq göstərilib.