Rusiya Prezidenti Vladimir Putin sülhdə maraqlı deyil, Ukraynada daha çox ərazi ələ keçirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu sözləri NATO Baş katibi Mark Rutte deyib.
“Ukrayna daha bir həlledici qışa qədəm qoyur. Rusiyanın təcavüzündə heç bir azalma əlaməti yoxdur. Əksinə, Putin ritorikası və ehtiyatsız hərəkətlərini gücləndirir. O, Ukraynadan eksperimental raketlər üçün sınaq meydançası kimi istifadə edir, Şimali Koreya hərbçilərini müharibəyə çəkir. Putin sülhdə maraqlı deyil. Təzyiq edir, daha çox ərazi ələ keçirməyə çalışır, çünki düşünür ki, Ukrayna və bizim qətiyyətimizi qıra bilər, amma yanılır. Ukraynanın özünümüdafiə hüququ var. Biz ona kömək etməyə borcluyuq”, - deyə NATO Baş katibi söyləyib.